Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Madlen Olbrayt «Azadlıq» seçki blokunun liderləri ilə görüşdü


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur İyulun 12-də ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun İdarə Heyətinin sədri Madlen Olbrayt «Azadlıq» seçki blokunun liderləri ilə görüşüb. Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və ADP sədrinin müavini Sərdar Cəlaloğlu iştirak ediblər.



AXCP sədri Əli Kərimlinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, qapalı keçən görüşdə əsasən ölkədəki seçki qabağı vəziyyət müzakirə olunub.



Keçmiş dövlət katibi iyulun 12-də həmçinin altı yerli qeyri - hökumət təşkilatının nümayəndələri ilə bir araya gəlib. «Vətəndaş Cəmiyyəti Uğrunda» Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılovun sözlərinə görə, görüşdə maliyyəsinin 30 faizindən çoxu xarici fondların vasiti hesabına formalaşan QHT-lərin seçkini müşahidə etməyə buraxılmaması və seçki komissiyalarının tərkibi məsələləri müzakirə olunub.



Xanım Olbrayt bir sıra mətbuat oroqanlarının rəhbərləri ilə də görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG