Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

Əli Həsənov: «Seçkilərin demokratik keçirilməsi üçün bütün şərait var»


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur Parlament seçkisinin demokratik, azad və ədalətli keçirilməsi üçün bütün şərait var. Əsas odur ki, bu şəraitdən doğru-düzgün istifadə olunsun.



Prezident Aparatı (PA) İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov jurnalistlərlə söhbətində belə dedi. Onun sözlərinə görə, nə Seçki Məcəlləsinə dəyişiklik və əlavələrə, nə də seçki komissiyalarının yenidən formalaşdırılmasına ehtiyac yoxdur.



PA rəsmisi həmçinin iqtidar-müxalifət partiyalarının növbəti görüşünün təxirə salınmasına da münasibət bildirdi: «Partiyaların başı seçkiyə qarışdığından görüş baş tutmur».



«Gün - Səhər» qəzetinin əməkdaşı Qurban Yaquboğlu isə hesab edir ki, bu görüş seçkiyə start verilməmişdən əvvəl baş tutmalı idi: «Belədə Seçki Məcəlləsinə bəzi təkliflərin qəbul olunması, müsbət addımların atılması da mümkün olardı». Cənab Yaquboğluna görə, bundan sonrakı mərhələdə iqtidar və müxalifət partiyalarının bir araya gəlib-gəlməməsi o qədər də əhəmiyyətli deyil.
XS
SM
MD
LG