Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:41
Rubrikalar

Qarabağ veteranları 55 min manatlıq müavinət alacaqlar


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur - Qarabağ veteranlarına 55 min manatlıq müavinət veriləcək. Prezidentin imzaladığı fərmana görə, bu vəsait veteranlara kommunal və digər xərcləri ödəmək üçün ayrılacaq. Fərman avqustun 1-dən qüvvəyə minir. Veteranlar isə ilk müavinətləri sentyabrda alacaqlar.



- Ötən həftəki bahalaşmadan sonra dünya bazarında xam neftin qiyməti nisbətən ucuzlaşıb. “Qara qızıl”ın bir barreli 62 dollardan 59 dollara düşüb. “Associated Press” agentliyinin məlumatına görə, ucuzlaşma Birləşmiş Ştatlar istiqamətində gedəcəyi proqnozlaşdırılan qasırğanın gücünün zəifləməsi ilə bağlıdır. Əvvəllər qasırğanın neft emalı zavodlarına ciddi ziyan vuracağı bildirilirdi. “Böyük Səkkizliyin” sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putinin neft ixracının artırılması haqda bəyanatı da qiymətlərin ucuzlaşmasına təsir edib.



- “Azpetrol” Moldovada aldığı Curculeşt limanının yenidənqurulması ilə yanaşı yanacaqdoldurma stansiyaları da açacaq. “AzərTAc” agentliyinin məlumatına görə, “Azpetrol” təxminən 50 yanacaqdoldurma stansiyasının tikintisini planlaşdırır. İldə 2 milyon ton neft emal edəcək zavodun və yanacaqdoldurma stansiyalarının tikintisi, yanacağın daşınması və neft terminalının yenidənqurulması 250 milyon dollara başa gələcək.



- Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4703 manat, 1 avro 5642 manat, 1 Rusiya rublu isə 163 manatdır.
XS
SM
MD
LG