Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:51

Müxalifət təmsilçiləri altı ölkənin səfirləri ilə görüşdülər


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur İyulun 11-də Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP-nin sədri Əli Kərimli, ADP-nin sədr müavini Sərdar Cəlaloğlu, «Milli Birlik» Hərakatının rəhbəri Lala Şövkət Hacıyeva və «Yeni Siyasət» seçki blokunun həmtəsisçisi Etibar Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfirliyində görüş keçiriblər. Görüşdə altı ölkənin – ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Almaniya və Fransanın səfirləri iştirak ediblər.



Bu haqda «Azadlıq» radiosuna məlumat verən ADP sədrinin müavini Sərdar Cəlaloğlunun sözlərinə görə, iki saata yaxın davam edən görüşdə ölkədəki icitimai-siyasi vəziyyət və seçkiqabağı durum müzakirə olunub



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, bu göruş Avropa ölkələrinin parlament seçkilərində vahid mövqe nümayiş etdirəcəyini göstərir.
XS
SM
MD
LG