Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

AXCP Naxçıvanda mitinq keçirmək istəyir


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur AXCP-nin Naxçıvan təşkilatı iyulun 18-də azad və demokratik seçkilər tələbi ilə mitinq keçirmək niyyətindədir. İyulun 11-də bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Məktubda aksiyanın üç marşrutu təklif olunub.



AXCP-nin Naxçıvan təşkilatının sədri Asəf Quliyevin sözlərinə görə, ATƏT-in Bakı Ofisi mitinqin monitorinqini aparacaq. Bu razılaşmaya ATƏT nümayəndələri Naxçıvanda olarkən gəlinib.



Cənab Quliyev bildirir ki, şəhər meriyası mitinqə icazə verməsə qarşıdurma yaratmamaq naminə aksiyanı başqa vaxta keçirəcəklər.
XS
SM
MD
LG