Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11
Rubrikalar

«Neftçi» Çempionlar Liqasının ilk oyununa hazırdır


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur - İyulun 12-də futbol üzrə Azərbaycan çempionu «Neftçi» Çempionlar Liqasının oyunları çərçivəsində İslandiyanın «Hafnarfordur» klubuyla qarşılaşacaq.



Baş məşqçi Ağasəlim Mircavadovun sözlərinə görə, hazırda «Neftçi»nin heyətindən başqa komandalara transferlər olsa da, komanda oyuna qələbə üçün çıxacaq.



Matçı xorvatiyalı hakimlər idarə edəcəklər.



- Azərbaycanın iki paralimpiyaçısı – Yelena TaranovaAfaq İsmayılova 2008-ci ildə Pekində keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Onlar Polşada atıcılıq üzrə Avropa çempionatında ilk lisenziya normativlərini yerinə yetiriblər.



- Futzal üzrə Azərbaycan çempionu Naxçıvanın «Araz» klubunun UEFA Kuboku uğrunda yarışlarda rəqibləri müəyyən olub. «Araz» oktyabrın 8-14-də Bosniya və Hersoqovinada beşinci qrupda Belçikanın «Krstal Nuar», yerli «Karaka» və Hollandiyanın «De Hommel» klubları ilə qarşılaşacaq.



- İyulun 10-da İsveçrədə gənclər arasında atçılığın konkur növü üzrə Avropa çempionatı sona çatıb. Azərbaycanı təmsil edən Camal Rəhimov 140—150 sm hündürlükdə maneələri dəf etməkdə qitə birinciliyinin bürünc medalını qazanıb.



- İyulun 11-də Rusiyada güləş üzrə növbəti beynəlxalq turnir sona çatıb. Afina Olimpiya Oyunlarının qızıl medalçısı Fərid Mansurov birinci yeri tutaraq yarışın qalibi olub.
XS
SM
MD
LG