Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12
Rubrikalar

Az.TV-nin “Səhər” proqramının rəhbəri Qulu Məhərrəmli ötən həftə haqqında


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur Ötən həftə Londonda baş verən terror aktları bütün dünyanı sarsıdan bir hadisə oldu. Bu fakt bir daha onu göstərir ki, bütün dünya terrora qarşı birləşməlidir. Yəni, terroru qidalandıran mənbələri ləğv etmək lazımdır.



O ki qaldı Azərbaycanda ötən həftə ərzində baş verən hadisələrə, xüsusi diqqəti cəlb edən bir hadisə yadımda qalmayıb. Belə, ötəri, dövri, cari hadisələr baş verib. Amma həftəsonuna yaxın Azərbaycan mətbuatının 130 illiyi ilə bağlı keçirilən tədbirlər yadımda qalıb. Ona görə ki, bu tədbirlərin ikisində mən özüm iştirak etmişəm. Bunlar məndə çox yaxşı təssüratlar oyadıb.



Yevlaxda gördüyüm mənzərələr mənə yaxşı təsir bağışladı. Çünki, çox ciddi quruculuq işləri gördüm, əhalidə yaxşı əhval-ruhiyyə gördüm. Düzdür, bunlar zahiri faktlardır, amma hər halda ötən illərdən fərqli bir mənzərədir.



Ötən həftə Azərbaycan prezidenti bölgələrə səfər edib. Bunları da müsbət hadisələrdən hesab edirəm. Çünki, tutaq ki, 3-5 il əvvəl bölgələrdə sanki həyat sönmüşdü. İndi bu həyatı canlandırmağa çalışırlar. Bu müsbət meyldir, mən bunu yaxşı hadisə hesab edirəm. Bölgələrdə idman kompleksləri, müəyyən iş yerləri açılır. Düzdür, bunlarda bir sistem yoxdur. Amma müsbət cəhət odur ki, prezident səfərə çıxırsa, mütləq yollar döşüyürlər. Bunların hamısı çox az ümid verən, amma müsbət hadisələrdir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG