Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:10

İstintaq jurnalistin qətli ilə bağlı növbəti məlumat yayıb


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı yaydığı növbəti birgə məlumatda bildirilir ki, hadisə yerinə yaxın ərazidə tapılmış toxunma papaq 2005-ci il martın 8-də müayinə üçün ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) təqdim olunub: «Papağın üzərində qafqazlı şəxsə məxsus saç tükləri, habelə müxtəlif növ və rəngli tekstil saplar tapılıb. İstintaq tərəfindən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin kirayə yaşadıqları mənzildən aşkar olunmuş yastıq üzlükləri və onların üzərindən götürülmüş liflər də papağın üzərində aşkar edilmiş maddi sübutlarla müqayisəli tədqiqat aparılması üçün FTB-yə təqdim edilib».



Məlumatda deyilir ki, bu günlərdə həmin ekspert tədqiqatı ilə bağlı növbəti hesabat istintaqa təqdim olunub: «Müəyyən edilib ki, papaqda tapılmış çəhrayı, mavi-qızılı və yaşıl-boz rəngli akril saplar yastıq üzlüklərindəki rəngli sintetik saplarla eyni mikroskopik xarakteristikaya, optik əlamətlərə malikdir və bir mənbədəndir».



Məlumatda daha sonra bildirilir ki, bu dəlillər jurnalistin qətlinin məhz istintaqla müəyyən edilmiş və barələrində axtarış elan olunmuş şəxslərin iştirakı ilə törədilməsi haqqında qənaətin doğruluğunu bir daha təsdiqləyir: «Hazırda qətli törədən şəxslərin tutulması, cinayətin bütün iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində lazımi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir».



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qapısında qətlə yetirilib.
XS
SM
MD
LG