Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

Həmsədrlər prezidentlərin Kazan görüşünə hazırlıq işi aparırlar


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb Bakıda olan ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Stiven Mən, fransalı Bernar Fasye və rusiyalı Yuriy Merzlyakov bir sıra görüşlər keçiriblər.



Onlar iyulun 11-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovla bir araya gəliblər.



Cənab Bəhmənovun sözlərinə görə, görüşdə əsasən Ağdam-Xankəndi-Şuşa-Laçın-Gorus yolunun açılması və Dağlıq Qarabağ azərbaycanlılarının Şuşaya qayıtması məsələləri müzakirə olunub. O, deyir ki, həmsədrlərin bu dəfəki səfərinin əsas məqsədi Kazanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq işi aparmaqdır.



Həmsədrlər jurnalistlərə müzakirələr barədə ətraflı məlumat vermədilər. Rusiyalı həmsədr Yuriy Merzlyakov danışıqlarda müsbət məqamların olduğunu dedi.



İyulun 11-də yerli vaxtla axşam saatlarında isə Azərbaycan prezidenti İlham Əliyev həmsədrləri qəbul edib. «AzərTac» Agentliyinin yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıdan Yerevana, ordansa Dağlıq Qarabağa gedəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG