Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Gənclər cizgi filmlərindən narazıdırlar


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb 1991-ci ildən indiyədək “Azərbaycanfilm” kinostudiyasında 18 animasiya – cizgi filmi çəkilib. Mədəniyyət Nazirliyinin Kino İdarəsindən verilən məlumatda belə deyilir.



Gənclər isə ölkədə çəkilən animasiya filmlərinin kəmiyyətindən və keyfiyyətindən narazıdırlar.



- Animasiya filmləri bizdə, demək olar ki, yox səviyyəsindədir. Xariclə hətta müqayisə olunacaq dərəcədə deyil. Biz tələb etmirik ki, xarici animasiya filmləri ilə eyni səviyyəli filmlər çəkilsin. Amma nədənsə başlamaq lazımdır ki, onun da inkişafı olsun.



- Heç Azərbaycanda anımasiya filmi var ki. Olanlar da xarici animasiya filmləri ilə müqayisədə olduqca aşağı səviyyədədir.



Kinostudiyanın tele-bədii rəhbəri Elçin Hami Axundov deyir ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən kinostudiya həmin nazirliyin sifarişi ilə ildə yalnız bir film çəkmək iqtidarındadır. Onun sözlərinə görə, sonuncu dəfə – “Qızıl” adlı cizgi filmi keçən il ekranlaşdırılıb. Hazırda isə yeni filmin çəkilişlərinə başlanıb.



- İndi təzə film - “Avara Qarğa” filmini çəkməyə başlamışıq. Hələ ki hazırlıq işləri gedir. Bu ilin axırı hazır olacaq.



Elçin Hami Axundov yerli animasiya filmlərinin telekanallarda yayımlanmamasının səbəbini isə telekanalların özündə görür. Telekanallar bu filmləri yayımlamaq üçün kinostudiyaya pul ödəməlidir.



- Teleşirkətlər bizim filmlərimizi göstərmək üçün pul ödəməlidirlər. Məsələn, 10 dəqiqəlik animasiya filmini göstərmək üçün şirkət 15-20 dollar ödəməlidir.
XS
SM
MD
LG