Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:49
Rubrikalar

Kazanda “Müsəlman kinofestivalı”


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb Bu “İz”də:



- "Xalq sənətçisi və mədəniyyət" mövzusuna toxunacaq;



- «Özəl xəbər»də «Qızıl Minbər» kinoşənliyindən soraq tutacaq;



- «Kültür sözlüyü»ndə «oktava» anlayışının mənasını xatırlayacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə xalq sənətçisi Baba Mahmudoğlunun açıqlamalarını eşidəcəksiniz.



Öncə xəbərlər (biri özəl)



- Avropa Birliyinin himni Azərbaycan caz-muğam üslubunda səsləndi. Azərbaycan estradasının tanınmış simalarından Sevda Ələkbərzadə Bethovenin «Sevinc Mədhiyyəsi» əsərini milli caz-muğam üslubunda səsləndirən ilk ifaçı oldu. Bu əsərin həm Avropa Birliyi, həm də Avropa Şurasının himni olduğunu xatırlasaq, olayın sırf musiqi sərhədlərini aşdığını görərik. Caz-muğam üslubunda himni avropalılar xoşlasa, bu, Azərbaycan musiqisi və ifaçıların növbəti uğuru sayılacaq.



- İyulun 10-u görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 170-ci doğum günüdür. «Mövti-cismani ilə sanma mənim ölməyimi...Seyyida, ölmərəm, aləmdə səsim var mənim!» - deyən şair daim geriliyə, ziyanlı stereotiplərə, vaxtı keçmiş adət və ənənələrə qarşı çıxaraq, yeni ruh və yeni biçimli məktəb və təhsilin carçısı olub.



- «Köçəri» filminə xeyir-dua verildi. Azərbaycanlı kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Hollivudun çəkdiyi bu film azı 40 milyon dollara başa gəlib. Bu rəqəm eks-Sovet məkanı üçün rekord sayılır. Qazaxıstan mediasının yazdığına görə, Almaatının «Alatau» kinoteatrında keçirilən təqdimat mərasimi buraya toplaşanları xeyli sevindirib. «Köçəri» filminin gələn il «Oskar» mükafatına təqdim edilməsi gözlənilir. Əsərin ingiliscəyə tərcüməsinə 1 milyon 500 min ABŞ dolları ayrılıb.



- «Dinc Qafqaz» İçərişəhərə gəlib. İçərişəhərin «Abşeron» Rəsm Qalereyasında yeni sərgi açılıb. Sərgidə Gürcüstan paytaxtındakı 1 nömrəli rəssamlıq məktəbi şagirdlərinin əsərləri göstərilir. Yaxın vaxtlarda Tbilisidə Azərbaycan məktəblilərinin də cavab sərgisi gerçəkləşdiriləcək.



- Berlin Klassik Musiqi Festivalını azərbaycanlı skripkaçı açacaq. Açıq havada keçiriləcək belə festivallar Avropada ənənə halını alıb. İyul-avqust aylarında gerçəkləşəcək və 3 həftə sürəcək tədbirə dünyanın hər yerindən gənc virtouzlar və şöhrəti dillərdə gəzən orkestrlər qatılacaq. Festivalı açmaq şərəfinə layiq görülən azərbaycanlı sənətçinin – Cəmilə Musayevanın 18 yaşı var.



- Folklor musiqiçilərinin 16-cı beynəlxalq festivalı başa çatdı. Macarıstanın Peç şəhərində keçirilən bu şənliyə Azərbaycan musiqiçiləri də qatılmışdılar. Arif Babayevin, Səkinə İsmayılovanın, Fikrət Verdiyevin və Xəyyam Məmmədovun ifaları yerli sakinlərin böyük marağına səbəb olub. Xatırladaq ki, belə festivalların iştirakçıları öncədən göndərilən səsyazıları əsasında seçilir.



- Və bir özəl xəbər. Payızda, sentyabrın 5-dən 11-dək Tatarıstanın paytaxtı Kazanda “Müsəlman kinofestivalı” keçiriləcək. Tatarıstan prezidentinin şəxsi təşəbbüsü və Rusiya Müftilər Şurasının dəstəyi ilə baş tutacaq festival “Qızıl minbər” adı altında təşkil ediləcək.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG