Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Hökumətlə media arasında dialoqun növbəti raundu keçiriləcək


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb İyulun 11-də Bakıda hökumətlə media arasında dialoqun növbəti raundu olacaq.



Avropa Şurasının Media Bölməsi Prezident Aparatı ilə birgə “Hökumət nümayəndələri və media arasında dialoq” mövzusunda ikinci dəyirmi masa keçirəcək.



Tədbirdə Avropa Şurası Media Bölməsinin əməkdaşları, Prezident Aparatının şöbə müdiri Əli Həsənov, ATƏT-in Bakı Ofisinin nümayəndəsi, yerli media qurumlarının rəhbərləri, eləcə də media sahəsiylə məşğul olan QHT-lər iştirak edəcəklər. Görüşdə tərəflərin qarşılıqlı anlaşma memorandumunu müzakirə edəcəkləri gözlənilir.



İyulun 12-13-də isə Avropa Şurası və Prezidentin İcra Aparatı “Media və Seçkilər” mövzusunda seminar keçirəcək. Həmin layihəni də Avropa Şurasının Media Bölməsi hazırlayıb, azərbaycanlı ekspertlərsə onun üzərində işləyiblər.



Hökumətlə media arasında dialoqa həsr olunan ilk dəyirmi masa Avropa Şurasının təşəbbüsü ilə bu ilin aprelində keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG