Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Naxçıvanın seçkilər haqqında qanunu dəyişdirildi


Səs: Real audio
Ali Məclisin 40 dəqiqə sürən sessiyasında muxtar respublikada Ombudsman Aparatının yaradılması haqqında məsələyə də baxılıb «Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinə seçkilər haqqında» qanun dəyişdirildi. İyulun 9-da NMR Ali Məclisinin ikinci çağırış yeddinci sessiyasında müzakirə edilən 13 fəsil, 105 maddədən ibarət olan qanun layihəsinin hazırlanmasında Bakıdan gələn hüquqşünaslarla yanaşı, yerli ekspertlər də iştirak ediblər. Ali Məclis deputatlarının sözlərinə görə, qanun layihəsində Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrindən də qismən istifadə edilib.



Təxminən 40 dəqiqə sürən sessiyada NMR Mərkəzi Seçki Komissiyasının tərkibi Ali Məclis sədrinin təqdimatıyla yeddi nəfər bitərəfdən formalaşdırıldı. Yerli müxalifət partiyalarının nümayəndələri isə qurumun Azərbaycan Mərkəzi Seçki Komissiyasının tərkibi kimi formalaşdırılmasını tələb edirlər. AXCP Naxçıvan şöbəsindən verilən məlumata görə, onlar muxtar respublika MSK-nın tərkibinin dəyişdirilməsini tələb etmək üçün iyulun 18-də mitinq keçircəklər.



Sessiyada «NMR deputatlarının statusu haqqında» qanuna da dəyişiklik edildi. Deputat Nüsrət Həsənov bildirir ki, dəyişikliyə görə, Ali Məclis üzvləri təqaüdə çıxarkən onlara əmək haqlarının 80%-i məbləğində pensiya veriləcək.



Ali Məclisin sessiyasında həmçinin NMR-in Ombudsman Aparatının yaradılması üçün muxtar respublika Konstitusiyasına əlavələr edilməsi məsələsinə də baxılıb. Deputat Fərəc Yusifbəylinin sözlərinə görə, əlavələr birinci oxunuşda qəbul edilib. Sənədin yekun variantı isə növbəti sessiyada təsdiq olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG