Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:38

10 iyul aksiyasının təhlükəsizlik məsələləri müzakirə olundu


Səs: Real audio
Keçmiş «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqçilərə daha çox yer ayrılması barədə razılığa gəlinib İyulun 9-da Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev AXCP-dən Həsən Kərimov, Müsavat Partiyasından Arif Hacılı, ADP-dən Həsrət Rüstəmovla görüşüb. Görüşdə «Azadlıq» seçki blokunun 10 iyul mitinqinin təhlükəsizlik məsələləri müzakirə olunub.



Müsavat Partiyasının başqanının müavini Arif Hacılı deyir ki, görüşdə müxalifətin aksiyası zamanı keçmiş «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqçilərə daha çox yer ayrılması barədə razılığa gəlinib: «Ötən aksiyada qazonu qorumaq adı ilə polis təxminən meydanın yarısını mühasirəyə almışdı. Bu da insanların əraziyə sərbəst daxil olmasına maneçilik törədirdi. Yaşar Əliyev söz verdi ki, bu dəfə yalnız qazonun ətrafında dairə qurulacaq. Meydanın digər hissələrinə mitinqçilərin daxil olmasına heç bir əngəl törədilməyəcək».



Cənab Hacılı bildirir ki, aksiya zamanı hər hansı problem yaranacağı halda bunu Y.Əliyevlə birlikdə həll edəcəklər.
XS
SM
MD
LG