Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:21

«Həkimlər keyfiyyəti şübhə doğuran dərmanları təkcə böyüklərə deyil, azyaşlı uşaqlara da tövsiyə edirlər»


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir «Yeni Azərbaycan» qəzetindəki «QHT-lərin bloklaşması bu sektora nə vəd edir?» başlıqlı məqalədə Mais Piriyev yazır ki, Azərbaycanın siyasi həyatında QHT-lərin rolu kifayət qədər hiss olunur. Amma bu o demək deyil ki, onların hamısı yetərincə müstəqildir. Məqalədə bildirilir ki, bəzi QHT-lərin konkret missiyası məlum deyil. Müəllif hesab edir ki, onların bir hissəsi siyasi partiyaların filialı kimi fəaliyyət göstərirlər.



«Ayna» qəzetindəki «Mənfəət Hippokrat andını üstələyir» başlıqlı məqalədə Nailə İsmayılova yazır ki, həkimlər müxtəlif firmalardan aldıqları keyfiyyəti şübhə doğuran dərmanları təkcə böyüklərə deyil, azyaşlı uşaqlara da tövsiyə etməkdən çəkinmirlər. Paytaxt sakinlərindən biri deyir ki, bu cür dərmanların qəbulu nəticəsində üç yaşlı nəvəsi bir sutka yuxudan ayıla bilməyib. Uşağın sakitliyindən təşvişə düşən valideynlər onu güvəndikləri digər həkimin yanına aparmaq qərarına gəliblər. Bəlli olub ki, əvvəlki həkimin məsləhət gördüyü dərman azyaşlı deyil, yaşlı və xüsusi psixi pozuntusu olan insanlar üçün nəzərdə tutulub. Müəllif yazır ki, belə dərmanlar elə böyüklər üçün də problemlər yaradır.



«Bakı-Xəbər» qəzetindəki «Seçkiqabağı Azərbaycanda silsilə terror təhlükəsi artır» başlıqlı məqalədə Razi Tağı yazır ki, son günlər baş verənlər terrorizm təhlükəsini yenidən bütün dünyanın diqqət mərkəzinə gətirib. Məqalədə bildirilir ki, indi təhlükəsizliyə təminat olan ölkələrdə belə terror aktlarının həyata keçirilməsi bütün dünyanı ehtimal olunan qlobal təhlükə ilə üzbəüz qoyub.
XS
SM
MD
LG