Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:06

Londondakı partlayışlarda azərbaycanlılar zərər çəkməyiblər<p align=`left`><br><br>


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Mahir Xəlifəzadədən aldığımız məlumata görə, bütün siyahılar yoxlanılıb və yaralanan və ölənlər arasında azərbaycanlılar yoxdur.



Böyük Britaniyada yaşayan azərbaycanlıların ümumi sayı təxminən 60 min nəfərdir. Onların əksəriyyəti Londonda yaşayır.



Bunu isə Britaniyadakı Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəri deyir. Onun sözlərinə görə, hər dəfə terror aktlarından sonra islamçıları günahlandırmağa başlayırlar. Bu da cəmiyyətdə yerli müsəlmanlar, o cümlədən azərbaycanlılar haqda pis fikir formalaşdırır.



Londondakı partlayışlar bakılıların da həyatına təsir edir. “APA” agentliyinin məlumatına görə, Bakı Metropolitenində yoxlamalar artırılıb. Bundan sonra qatarların vaqonları da yoxlanılacaq. Bakıdakı Böyük Britaniya səfirliyi isə başsağlıqlarını qəbul etmək üçün səfirlikdə xüsusi xatirə kitabı qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG