Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:00

“Gənc peşəkar” audiovizual festivalı


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir Audiovizual sahəyə maraq göstərənlər və ya bu sahələrin həvəskarları “Gənc peşəkar” adlı V Beynəlxalq Audiovizual Festivalda iştirak edə bilərlər.



Festival “Cinema” Araşdırma Mərkəzi, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, “Kino+” qəzeti və Bakı şəhər Kino Xidməti İdarəsi tərəfindən təşkil olunub.



Festivalın təşkilat komitəsinin sədri Hüseyn Mehdiyev deyir ki, müxtəlif janrlı əsərlər – bədii film, sənədli film, animasiya filmi, müəllif verilişi, klip, video-art, reklam, kompüter qrafikası festivala təqdim oluna bilər.



“Festival audiovizual sahənin bütün janrlarını əhatə edir. Bu festival digərlərindən məhz bu cəhətinə görə fərqlənir. Hər janrın öz nominasiyası, qalibi və hədiyyəsi var”.



Hüseyn Mehdiyevin sözlərinə görə, festivalda iştirak etmək istəyənlər hazırladıqları əsər və ərizəni sentyabrın 1-dək seçim komissiyasına təqdim etməlidirlər.



“İştirakçılar ərizə formasını doldurmalıdırlar və əsərlərini VHS kasetində və ya diskdə sentyabrın 1-dək göndərməlidirlər. Seçim komissiyası sentyabrın 1-dən 5-dək festivalda iştirak edəcək qalibləri müəyyənləşdirəcək”.



Hüseyn Mehdiyev 7 nəfərdən ibarət münsiflər heyətinin sədrinin azərbaycanlı, 5 nəfərin isə xarici ölkələrin nümayəndələri olduğunu deyir.
XS
SM
MD
LG