Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:03
Rubrikalar

Ağır atletika üzrə respublika turniri start götürüb


Səs: Real audio
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Azərbaycan xalqının çox mürəkkəb dövr yaşayacağını bildirir - İyulun 8-də Suraxanıdakı «Nəhəng» idman kompleksində ağır atletika üzrə respublika turniri start götürüb. Jurnalist Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş bu yarışda Bakı, Qazax, Şəki, Lənkəran və digər bölgələrdən 70–ə qədər atlet iştirak edəcək. İdmançılar 8 çəki dərəcəsində öz güclərini sınayacaqlar.



- İyulun 9-da İstanbulda cüdo üzrə «B» kateqoriyalı ənənəvi “Boğaz içi” turnirinə start veriləcək. Bu beynəlxalq turnirdə Azərbaycan 12 idmançı ilə təmsil olunacaq.



Respublika Cüdo Federasiyasından verilən məlumata görə, Ağayar Axundzadənin məşqçiliyi ilə yarışa qatılan Azərbaycan millisinin tərkibində qızlardan Nigar Cabbarova, Kifayət Qasımova, oğlanlardan isə Nicat Şıxəlizadə, Elçin İsmayılov, Elman Nəsibov və digərləri var. Azərbaycan cüdoçuları artıq iyulun 7-dən Türkiyədədirlər. Turniri idarə edənlər arasında Azərbaycandan beynəlxalq dərəcəli hakim Fərhad Məmmədov da var.



- Azərbaycan güləşçiləri isə iyulun 9-da Rusiyanın Tver şəhərində keçirilən başqa bir beynəlxalq yarışda iştirak edəcəklər. Məhşur Rusiya pəhləvanı İvan Poddubnının xatirəsinə həsr olunmuş bu turnirdə Azərbaycanı Vitali Rəhimov, Hüsaməddin Rəcəbov, Fərid MansurovTurab Hüseynov təmsil edəcəklər.



Azərbaycan pəhləvanları bu yarışa məşqçi Əliqulu Həsənovun rəhbərliyi ilə qatılacaqlar.



- İtaliyanın Liqnano şəhərində davam edən yeniyetmələrin Avropa Olimpiya Festivalı Azərbaycan idmançıları, xüsusilə cüdoçular üçün heç də pis keçmir. Cüdo birinciliyində 8 nəfərlik heyətlə iştirak edən Azərbaycan idmançıları yarışların başa çatmasına 2 gün qalmış artıq 2 qızıl, 2 bürünc medal qazanıblar. 11 idman növü üzrə keçirilən bu yarışlarda Azərbaycan komandası 22 idmançı ilə təmsil olunur.
XS
SM
MD
LG