Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

«İranda qeyri-fars millətlərinə münasibət hakimiyyətin süqutuna aparır»


Səs: Real audio
Liberal partiyası da yürüş-mitinqə qatılacaq «Yeni Azərbaycan» qəzetindəki «Rəsmi Buxarest Dağlıq Qarabağda keçirilən «seçkiləri» tənqid etdi» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dünya, birinci Avropa ölkəsidir. Yazıda qeyd olunur ki, ərazi və əhali baxımından Şərqi-Avropanın ikinci böyük ölkəsi olan Rumıniya həm də NATO və Avropa Birliyinə daxil olmaq ərəfəsindədir. Məqalədə bildirilir ki, Azərbaycan həm də Rumıniyanın Cənubi Qafqazda ən iri partnyorudur.



«Bakı-Xəbər» qəzetindəki «Mitinqlər real vəziyyətdə ən optimal mübarizə metodudur» başlıqlı məqalədə Razi Tağı yazır ki, hələ də həm ictimaiyyət arasında, həm də bəzi siyasi dairələrdə mitinqlərin şablon taktika, qeyri-sivil metod və daxili sabitliyin pozulmasına şərait yaratması barədə yalnış fikirlərə rast gəlinir. Məqalədə bildirilir ki, seçki öncəsi siyasi müxalifət mitinqlərlə genişlənən sosial bazasını, siyasi nüfuzunu və dayanaqlı elektoratını nümayiş etdirir.



«Xalq Cəbhəsi» qəzetindəki «Rejimi çökdürəcək siyasət» başlıqlı məqalədə Coşqun Məmmədov yazır ki, İranda qeyri-fars millətlərinə münasibət hakimiyyətin süqutuna aparır. İran kimi çoxmillətli bir ölkədə bir dilin hakimi-mütləq olması bu xoş olmayan siyasətin həyata keçməsinə şərait yaradır. Məqalədə bildirilir ki, son yüz ildə İranda yaşayan xalqlar arasında hüquq bərabərliyi təmin edilməyib. Millətlər arıq başqalarının tarixi həqiqətlərindən cana doyublar və öz tarixlərini öz dillərində oxumaq istəyirlər. Müəllif yazır ki, bu istəyin qarşısına sədd çəkmək siyasəti dünyanın reallıqları ilə uzlaşmadığından iflasa uğrayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG