Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:35

«Azadlıq» blokunun 10 iyul aksiyasına icazə verildi


Səs: Real audio
Liberal partiyası da yürüş-mitinqə qatılacaq «Azadlıq» seçki blokunun bazar günü keçirmək istədiyi yürüş-mitinqə Bakı şəhər İcra Hakimiyyəti iyulun 8-də icazə verib.



Blokun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimovun sözlərinə görə, aksiya metronun «20 Yanvar» stansiyasından başlayıb Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında bitəcək.



Yürüş-mitinqə blokun təsisçiləri olan ADP-AXCP-Müsavat partiyalarından başqa Liberal partiyası da qatılacaq.



Şəki müxalifətçilərinin mitinq keçirmək istəyinə də müsbət cavab verilib. Müsavat partiyası Şəki təşkilatının sədri Həbibulla Manaflının sözlərinə görə, Mirzə Fətəli Axundov adına Mədəniyyət və İstirahət Parkında keçiriləcək aksiyada blokun ümumi tələbləri ilə yanaşı rayondakı sosial-iqtisadi vəziyyətlə bağlı şüarlar da səslənəcək.
XS
SM
MD
LG