Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07
Rubrikalar

“IV PARLAMENT”: Debatlar – Seçkilərdə QHT-lərin iştirakı


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil “IV PARLAMENT” “Azadlıq” radiosu və “İnternyus-Azərbaycan”ın birgə layihəsidir. Veriliş Amerikanın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.



Bu gün parlament seçkilərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə bağlı ilk debatımızı təqdim edirik.



Qonaqlarımız:



- Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti, “İctimai Liderlər” Birliyinin üzvü Azay Quliyev;



- Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev;



Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı.



Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev təəssüflə bildirir ki, cəmiyyətdəki həddən artıq siyasiləşmə qeyri-hökumət təşkilatlarının da fəaliyyətinə bu və digər formada sirayət edib. Ancaq onun sözlərinə görə, artıq QHT-lər bu sahədə ixtisaslaşdığından son illər tam obyektiv olmasa da, problemləri olduğu kimi göstərmək baxımından çox vacib monitorinqlər həyata keçiriblər. Onların bu təcrübəsindən qarşıdakı seçkilərdə də mütləq faydalanmaq lazımdır.



Ana Vətən partiyasının sədri Fəzail Ağamalı xatırladır ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində müşahidəçiliyə həm də qeyri-hökumət təşkilatalarının cəlb edilməsi haqqında qanuna müddəalar salınıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda seçkilərin keçirilməsi üçün geniş şəbəkəyə malik olan müşahidəçilik institutu mövcuddur. Və bu institut qarşıdan gələn parlament seçkilərini qanunvericilik çərçivəsində tam müşahidə etmək imkanına malik olacaq.



Ancaq Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev deyir ki, QHT-lər faktiki olaraq seçkilərin məhdudiyyətsiz monitorinqindən məhrum olublar. Yeni Seçki Məcəlləsi qəbul ediləndə QHT-lər və ictimai birliklər haqqında qanuna belə bir müddəa əlavə olunub ki, büdcəsinin 30 faizdən çoxu xarici donorlar tərəfindən maliyyələşən təşkilatlar seçkiləri müşahidə prosesində iştirak edə bilməzlər.



Əli Quliyevin fikrincə, halbuki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının demək olar ki, 90 faizi xarici donorlar tərəfindən maliyyələşir. Azərbaycan dövləti tərəfindən maliyyə yardımları alan qeyri-hökumət təşkilatı isə yoxdur. Belə çıxır ki, Azərbaycanda heç bir QHT seçkilərin monitorinqi prosesində iştirak edə bilməyəcək.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG