Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:56
Rubrikalar

«Karvan» «Çaykur Rizespor»a məğlub oldu


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil - Azərbaycan şahmatçısı Eltac Səfərli Dubayda Şeyx Məktum bin əl-Həmdanın şərəfinə keçirilən yeniyetmələr arasında şahmat turnirində liderliyi ələ keçirib. Üçüncü turda o, növbəti qələbəsini qazanıb. Bu dəfə o, hindistanlı şahmatçı Dhruva Hinqoraniyə qalib gəlib.



Azərbaycanı təmsil edən digər iki şahmatçı – Ülvi BacaraniRiad Sarıyev də hələ ki, məğlubiyyət nə olduğunu bilmir. Onlar üçüncü turda heç-heç oynayıblar və 120 idmançının iştirak etdiyi tunirdə ilk iyirmilikdə yer alıblar. Dubay turnirinin ümumi mükafat fondu 100 min dollardır.



- Türkiyədə təlim-məşq toplanışı keçən Yevlaxın “Karvan” futbol klubu iyulun 6-da Türkiyənin superliqa təmsilçisi “Çaykur Rizespor” komandası ilə yoxlama oyunu keçirib. Görüş türkiyəli futbolçuların 5:2 hesablı qələbəsi ilə başa çatıb.



“Çaykur Rizespor” klubu Türkiyə superliqasında 10-cu yerdə qərarlaşıb.



- Bu il Azərbaycanı Çempionlar Liqası turnirində təmsil edəcək “Neftçi” klubu bir neçə əsas oyunçusunu itirməsinə baxmayaraq, məşqlərini davam etdirir. Tofiq Bəhramov adına Respublika stadionunda Sumqayıtın “Gənclərbirliyi” kollektivi ilə yoxlama oyunu keçirən bakılılar 3:1 hesabı ilə qalib gəliblər.



İyulun 12-də Çempionlar Liqası çərçivəsində İslandiyanın “Hafnarfordur” komandasına qarşı ilk oyuna hazırlıq məqsədi daşıyan bu görüşdə “Neftçi” Serbiya və Çernoqoriya, eləcə də Xorvatiyadan baxışa dəvət etdiyi futbolçuları sınaqdan keçirib.
XS
SM
MD
LG