Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Bakı ÜTT-dan güzəştli öhdəliklər almağa çalışır


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün bu qurumdan güzəştli öhdəliklər almağa çalışır. Kənd təsərrüfatı sahəsində bu cür güzəştlər əldə etmək üçün inkişafda olan ölkə statusu almaq lazımdır. Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev deyir.



Onun sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti iyunun 27-dən iyulun 1-dək Cenevrədə səfərdə olub. Səfər zamanı ÜTT nümayəndələri ilə ikitərəfli danışıqlar aparılıb: «Avqustun 1-dək Azərbaycana yazılı suallar təqdim olunacaq».



Azərbaycan üzrə işçi qrupun növbəti görüşü 2006-cı ilin birinci rübündə olacaq. Sonra katiblik ölkə haqqında hesabat hazırlayacaq. «Bu, Azərbaycanın xarici ticarət rejimi haqqında qurumun birinci hesabatı olacaq» - deyə, cənab Məmmədquliyev bildirir.



İkitərəfli görüşlər zamanı ÜTT üzvləri Azərbaycan üçün bazara çıxışın asanlaşdırılması, tariflərin azaldılması, sığorta bazarının xarici şirkətlərə tamamilə açılması barədə tövsiyələr irəli sürblər.



İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, ÜTT-ə qəbul olunandan sonra bir çox sahələrdə yerli və xarici şirkətlər üçün bərabər rəqabət şərait olacaq: «Bu da yerli şirkətlər üçün problemlər yaradacaq». M.Məmmədquliyevsə deyir ki, ÜTT-nin bütün tövsiyələrinə baxılmalıdır. Onun bildirdiyinə görə, Ermənistan quruma Azərbaycandan əvvəl qəbul olunub: «Ancaq Azərbaycanın həmin təşkilata üzvlüyünə əngəl törətməyəcəyi barədə öhdəlik götürüb».

Günün bütün mövzuları

XS
SM
MD
LG