Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:24

Çimərlik mövsümü başlayandan yeddi nəfər suda batıb


Səs: Real audio
Bütün bədbəxt hadisələr özəl çimərliklərdə baş verib Bu il çimərlik mövsümü başlayandan yeddi nəfər suda batıb. 42 nəfərsə xilas olunub. Bu haqda Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) təbliğat və təşviqat şöbəsinin müdiri Rafiq Ağayev məlumat verdi. Onun sözlərinə görə, bütün bədbəxt hadisələr özəl çimərliklərdə baş verib. O, bunu xüsusi çimərliklərin DSXX ilə heç bir müqavilə bağlamaması ilə əsaslandırdı: «40-a yaxın dövlətə məxsus çimərlikdə xilasetmə xidməti olsa da, 50-dən artıq özəl çimərliyin heç biri bizimlə müqavilə bağlamayıb».



İlk bədbəxt hadisə iyunun 19-da «Ay İşığı» çimərliyində baş verib. Son hadisə isə iyulun 7-də «Muxtadır» çimərliyində olub. Burada Quba rayonundan iki qardaş batıb.



Cənab Ağayevin sözlərinə görə, ötən il bu vaxt cəmi iki nəfər suda batmışdı.



Bu il çimərlik mövsümü iyunun 10-da açılıb.
XS
SM
MD
LG