Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:33

Bakı - Yekaterinburq sərnişin qatarı yolda qalıb


Səs: Real audio
Buna səbəb Mahaçqala-Tarki xəttində partlayışın baş verməsidir Bakı - Yekaterinburq sərnişin qatarı yolda qalıb. Buna səbəb Mahaçqala şəhərinin Lenin rayonu ərazisində Şimali Qafqaz Dəmiryolunun Mahaçqala - Tarki xəttində partlayışın baş verməsidir. İyulun 7-i səhər saat dörd radələrində Mahaçqala - Tarki xəttində duran yük qatarının altında yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Nəticədə 50 vaqondan ibarət qatarın bir neçə vaqonu yarasız hala düşüb, dəmiryol xəttinin bir hissəsi də sıradan çıxıb. Bu səbəbdən də həmin xətt üzrə hərəkət edən qatarların gediş-gəlişi dayandırılıb.



Dağıstan Daxili İşlər Nazirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, operativ əməliyyat qrupu hadisənin araşdırılması ilə məşğuldur. Artıq yollarda bərpa işləri başa çatdırılıb.



Azərbaycan Dəmiryol İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nadir Əzməmmədov isə qatarların hərəkət cədvəlində heç bir dəyişikliyin olmadığını dedi.
XS
SM
MD
LG