Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

İlham Əliyev:«Ölkənin əleyhinə işləyən qüvvələrə parlamentdə yer olmamalıdır»


Səs: Real audio
Ağdaşa gələn prezident «daşı-daş üstünə qoymayanlar tarixin arxivinə göndərilməlidir» dedi «2005-ci il Azərbaycan üçün çox mühüm ildir. Bir tərəfdən, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi başa çatıb, digər tərəfdən isə ölkədə parlament seçkiləri keçiriləcək».



Bu fikri iyulun 7-də Ağdaşa gələn prezident İlham Əliyev yerli ictimaiyyət nümayəndələri ilə görüşündə dedi: «Mən ümid edirəm ki, parlament seçkiləri şəffaf ədalətli və Azərbaycan xalqıın istəyinə uyğun keçiriləcək».



Cənab Əliyevin sözlərinə görə, ölkənin əleyhinə işləyən qüvvələrə parlamentdə yer olmamalıdır. «Ölkə üçün daşı-daş üstünə qoymayanlar, heç bir iş görməyənlər tarixin arxivinə göndərilməlidir» - deyə, o, bildirdi. Prezident parlament seçkisində Azərbaycanı istəyən qüvvələrin qalib gəlməsinin vacibliyini söylədi: «Gənclərə yer vermək, onların təhsilinə fikir vermək lazımdır ki, bir azdan hakimiyyəti onlara verək».



Prezident həmçinin Ağdaşda olimpiya kompleksinin tikilməsinin vaxtının çatdığını da dedi. O, nitqində rayonun yollarının bərbad vəziyyətdə olduğunu bildirdi. «Yolların düzəldilməsi rayonun imkanları çərçivəsində deyil, ona görə də Bakıya qayıdan kimi bu barədə müvafiq göstəriş verəcəyəm» - deyə, İ.Əliyev fikrini yekunlaşdırdı.
XS
SM
MD
LG