Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

«Çağırışçıları hərbi xidmətdən yayındıran cinayətkar qrup məhkəmə qarşısında»


Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib «Azadlıq» qəzetindəki «Ramil Usubov Məhərrəm Əliyevi şantaj edir» başlıqlı məqalədə Turqud yazır ki, Daxili İşlər naziri Heydər Əliyev idealları naminə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi ilə açıq qarşıdurmadan yayınır. Müəllif yazır ki, görünür, cənab Usubov qarşı tərəfin aramsız hücumlarından sonra əlinə düşmüş fürsətdən yararlanaraq cavab atəşi açmağı faydalı sayıb. Həm də o, bu cavabı elə tərzdə verib ki, M.Əliyevi yenidən hücuma başlamaqdan çəkindirə bilsin. Məqalədə bildirilir ki, nazir paytaxt polisinin şefinə daha sərt cavab vermək imkanında olduğunu, amma əlavə qarşıdurma yaratmamaq naminə bunu etmədiyini deyib.



«Yeni Azərbaycan» qəzetindəki «Ermənistan nəinki iqtisadi, həm də siyasi baxımdan təcrid olunub» başlıqlı məqalədə Fəxiri Kərimli yazır ki, artıq ABŞ-İran münasibətləri bir qədər də gərginləşib. İndi İranı özünə müttəfiq sayan Ermənistan da bu dövlətdən üz çevirərək yenidən Rusiyanın forpostu olub. Ermənistanın müxalif partiyalarının rəhbərlərindən biri David Şahnazarov bu yaxınlarda bəyan edib ki, rəsmi Yerəvan Rusiyanın təsirindən çıxa bilməyəcək. Belə olan təqdirdə Ermənistanın NATO-ya yolu tamamilə bağlanmış olur. Məqalədə bildirilir ki, rəsmi Yerəvanın situasiyadan çıxış yolu geosiyasi maraqların toqquşma zonasına çevrilməməklə yürütdüyü siyasətdən əl çəkmək və regional təşkilatlara inteqrasiya olunmaqdır.



«Üç nöqtə»dəki «Çağırışçıları hərbi xidmətdən yayındıran cinayətkar qrup məhkəmə qarşısında» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin yüksək rütbəli əməkdaşları rüşvət almaq və başqa cinayətlərdə günahlandırılırlar. Müəllif yazır ki, məlumatı rəsmi orqanlar, o cümlədən ölkə prokurorluğu da təsdiqləyir. Məqalədə bildirilir ki, güman ki, bu məsələ ilə bağlı xeyli şəxs cəzalandırılacaq. Amma bununla belə yenə də çərçivəni məhdudlaşdırmaq düzgün deyil. Ona görə də məsələnin köklü araşdırılmasına ehtiyac var.
XS
SM
MD
LG