Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:11
Rubrikalar

İri neft-qaz yataqları yenidən qiymətləndiriləcək


Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib - Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Maestro Niyazi”, “Natavan” və “Rəsul Rza” gəmiləri iyulun 6-ı axşam Həştərxana gələcək.



Bu barədə məlumatı Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vüqar Mirsadiqdən almışıq.



Azərbaycana məxsus gəmilərin iyunun 9 və ya 10-da Bakıya gələcəkləri gözlənilir. Onlar bir neçə ay bundan qabaq Rusiyanın daxili sularında icazəsiz hərəkət etdikləri üçün saxlanmışdı.



Vüqar Mirsadiq deyir ki, artıq yükdaşımayla məşğul olan bu gəmilərin bu ilin noyabrına kimi Rusiya sularında üzməsinə icazə alıblar.



- Azərbaycanda 1.13 mln ton taxıl və paxlalı bitki yığılıb. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18% çoxdur. Bu barədə “Turan”a Dövlət Statistika Komitəsindən bildiriblər. Məhsuldarlıq 1 ha-dan 25.7 sentner təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6 sentner çoxdur.



Statistika Komitəsindən verilən məlumata görə, iyulun 4-ə qədər 442 min ha ərazidən və ya əkin sahələrinin 57%-dən məhsul yığılıb. Ən yüksək məhsuldarlıq (1 ha-dan 41.6 sentner) Saatlı rayonunda müşahidə olunub.



- 1.5 ildən sonra Azərbaycanın karbohidrogen ehtiyatları haqqında dəqiq məlumatlar olacaq. Bu haqda Sənaye və Energetika Nazirliyinə istinadən «Turan» agentliyi məlumat verir. Məlumatda bildirilir ki, 2007-ci ilə qədər Azərbaycanın iri neft-qaz yataqları yenidən qiymətləndiriləcək.



Geoloqların hesablamalarına görə, sənaye əhəmiyyətli ehtiyatların həcmi 3.7 mlrd ton təşkil edir. Onun 1.3 mlrd tonu hasil edilə biləndir.
XS
SM
MD
LG