Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:38

Gürcüstan Bakıdan daha çox qaz istəyir


Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib Gürcüstanın elektrik enerjisinə görə borcunun hesablanmasındakı fərqlər Bakı və Tbilisi narahat edir.



Gürcüstanın energetika nazirinin müavini İsak Novruzov deyir ki, məsələ 1997-ci ildən Gürcüstanın bəzi rayonlarına elektrik enerjisi ötürülməsi ilə başlayıb. Onun sözlərinə görə, bəzən Gürcüstanın istəmədiyi halda belə “Azərenerji” Səhmdar Cəmiyyəti əsasən azərbaycalıların yaşadığı bögələrə enerji ötürürdü. Məhz buna görə iki ölkənin hesablamalarında fərqlər yaranıb.



Gürcüstan tərəfi borclarını yalnız elektrik enerjisi ilə ödəyəcəklərini bildirir. Amma bir müddət əvvəl baş nazir Zurab Noqaideli borcu şəkər və hətta çaxırla ödəyə biləcəklərini demişdi.



Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov isə borcun əvəzinə Gürcüstanın dəniz limanlarının özəlləşdirilməsində iştirak etmək istədiklərini deyib. Onun sözlərinə görə, borc əvəzinə şəkər və ya çaxır variantı ilə razılaşmaq olmaz.



Gürcüstan Energetika Nazirliyindən aldığımız məlumata görə, razılıq əldə olunarsa, Azərbaycanın iddia etdiyi 32 milyon kilovattlıq borc 2 həftə ərzində ödənilə bilər.



Gürcüstan tərəfi uzun müddətdir Azərbaycanda istehsal olunan benzinin Avropa standartlarına uyğun gəlmədiyini bildirir. Azərbaycan Dövlət Neft Şirkəti bunu təsdiq edir. Amma vəziyyət dəyişmək üzrədir.



Dövlət Neft Şirkətindən Muxtar Babayev Bakıdakı neftayırma zavodlarının birində bu istiqamətdə işlərə başlandığını deyir. Lakin yeniliklər maliyyə çatışmazlığı problemi ilə qarşılaşa bilər.



Gürcüstan Energetika Nazirliyindən isə bildirilir ki, qonşu ölkənin Azərbaycan yanacağından imtina edib-etməməsi məsələsi hələlik müzakirə olunmur.



Energetika naziri Nika Gilaurinin Bakıya gəlişi əsasən Azərbaycandan əlavə qaz alınması ilə bağlıdır. “Şahdəniz” yatağından çıxarılacaq mavi yanacağın bir hissəsi tranzit haqqı kimi Gürcüstana pulsuz, digər hissəsi isə güzəştli qiymətlərlə veriləcək. Burada söhbət 800 milyon kubmetr qazdan gedir. Amma Gürcüstan daha çox qaz istəyir.



Nazir Gilaurinin sözlərinə görə, bu barədə razılıq demək olar ki, əldə olunub. Bakıya səfəri isə son məqamları dəqiqləşdirmək məqsədi güdür. Amma nazir qazı konkret hansı şərtlərlə alacaqları haqda heç bir açıqlama vermir.
XS
SM
MD
LG