Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:15

Yeni yaranan blok seçkiləri boykota çağırır


Səs: Real audio
Mazdok - Qazıməmməd qaz boru kəmərinin 582-ci km-də partlayış baş verib «Müxalifətçi qüvvələr seçkini boykot etməlidirlər». İyulun 6-da təqdimat mərasimi keçirən «Azərbaycançı Qüvvələr Birliyi» («AQB») seçki bloku belə hesab edir. Blokun təsisçilərindən biri Vəhdət Partiyasının sədri Tahir Kərimlinin qənaətincə, seçki komissiyalarının tərkibi yenidən formalaşdırılmadığı üçün parlament seçkiləri demokratik keçirilməyəcək: "Ona görə də seçkilərə qatılmaq lazım deyil".



Cənab Kərimlinin fikrincə, müxalif qüvvələr boykot qərarını dəstəkləmədiyindən onlar da seçkiyə qatılacaqlar. «Çünki təkbaşına boykot effekt verməyəcək» -deyə, o, bildirir.



«AQB» seçki bloku Vəhdət, İslam, Birlik, Dirçəliş partiyaları və beş qeyri-hökumət təşkilatı tərəfindən təsis edilib.
XS
SM
MD
LG