Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:18

Prezident iyulun 7-də Ağdaş və Göyçaya gedəcək


Səs: Real audio
Universitet rektorunun bərpa əmrini Namiq Feyziyevə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova təqdim edib Prezident İlham Əliyev iyulun 7-də Ağdaş və Göyçay rayonlarına səfər edəcək. Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov deyir ki, prezident rayonda konserv və kərpic zavodlarına baş çəkəcək. Həmin zavodlarda rekonstruksiya işləri aparılıb. Cənab Əliyevin həmçinin internat məktəbinə gedəcəyi, yerli ictimaiyyət nümayəndələri ilə görüşəcəyi də gözlənilir.



1997-ci ildə Göyçayda fermer təsərrüfatı yaratmış Haqverdi İsmayılov kredit ala bilmədiyini və bu məsələylə bağlı prezidentə şikayət edəcəyini bildirir.



Prezident İlham Əliyev bundan əvvəl Qazax, Gəncə, Bərdə, Salyan, Mingəçevir, Şamaxı daxil olmaqla bir sıra bölgələrdə olub. Rəsmilər bu səfərləri regionaların sosial-iqtisadi inkişaf proqramının tərkib hissəsi adlandırırlar.
XS
SM
MD
LG