Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Avropa Birliyinin xüsusi nümayəndəsi prezidentlə görüşdü<p align=`left`><br><br>


Səs: Real audio
Müsavat Partiyasının başqanının müavini qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcəyini bildirir Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye iyulun 6-da prezident İlham Əliyevlə görüşüb.



"AzərTAc" Agentliyinin verdiyi məlumata görə, görüşdə cənab Talvitiye Azərbaycanda demokratikləşmə prosesinin daha da inkişaf etdirilməsinin Avropa Birliyi tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib. İlham Əliyev isə Azərbaycanın Avropaya inteqrasiya siyasətinə sadiq olduğunu, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq etdiyini söyləyib.



Cənab Talvitiye iyulun 6-da həmçinin Daxili İşlər naziri Ramil Usubov və ADP-AXCP və Müsavat partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun təmsilçiləri ilə də bir araya gəlib. Görüşdə iştirak edən Azərbaycan Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu avropalı nümayəndə ilə ölkədəki seçkiöncəsi şəraitlə baglı fikir mübadiləsi apardıqlarını bildirir.



Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi iyulun 5-də Bakıya gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG