Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

MSK seçki təqvimini təsdiq edib


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 5-də parlament seçkisiylə bağlı fəaliyyət planını təsdiq edib. Plana görə, təşviqat kampaniyası seçkilərə iki ay qalmış başlayacaq. Səsverəmə günü isə seçki məntəqələri səhər saat 8-dən axşam 7-yə kimi açıq olacaq.



Bu arada Avropa Şurası Monitorinq Komitəsinin (MK) sədri, rumıniyalı deputat Qeorqiu Frunda bildirib ki, hakimiyyətin həqiqətən də azad və demokratik seçkilər keçirmək istəyini yoxlamaq üçün «məsuliyyətli məqam» yetişib. MK-nin Bakıda keçirilən iclasında çıxış edən cənab Frunda bildirib ki, Avropa Şurası bütün siyasi qüvvələrin seçki kampaniyasında iştirak imkanı əldə edəcəyinə ümid edir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti ideya mübarizəsini nəzərdə tutur, hakimiyyətsə vətəndaşların seçmək və seçilmək hüququnu təmin etməlidir. Qurumun iclasına qatılan Milli Məclisin sədri Murtuz Ələsgərovsa parlament seçkilərinin demokratik keçirilməsi üçün şərait yaradıldığını və AŞPA-nın Azərbaycanla bağlı tövsiyələrinin yerinə yetirilmək üzrə olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG