Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40

Azərbaycanda ənənəvi adlar dəbdən düşür


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər Qədim «Dədə Qorqud» dastanında deyilir ki, bir zamanlar Azərbaycanda adqoyma ayrıca mərasim imiş. Və hər bir kəsə onun əməlinə, fərdi keyfiyyətlərinə görə ad verilərmiş. Nəslin ən hörmətli şəxslərinin adlarını isə nəvələrə, nəticələrə qoyarmışlar. Həmin nəvələr, nəticələr də böyüyəndə bu adlarla fəxr edərmişlər.



Elə indi də bu ənənə yaşayır. Amma Dövlət Statistika Komitəsinin apardığı son araşdırma insanların qədim adlardan getdikcə imtina etdiyini, yeni adlara üstünlük verməyə başladağını göstərir.



Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin 5 ayı ərzində ölkədə 60 minə yaxın körpə doğulub. Onlara 3747 cür müxtəlif ad verilib. Araşdırma nəticəsində məlum olub ki, qızlar arasında ən çox yayılan adlar Fidan, Aytac, Ləman, Nərmin, Nəzrin, Aysel. Səbinə, Fatimədir. Oğlanlara gəldikdə, ən çox yayılan adlar Murad, Fərid, Nicat, Rəvan, Əli, Məhəmməddir.



Dövlət Statistika Komitəsi onu da aydınlaşdırıb ki, ənənəvi adlar getdikcə unudulur. Ailələr övladlarına ad qoyanda Əli, Məhəmməd, Zəhra, İbrahim, Yusif, Zeynəb kimi adlardan daha az istifadə etməyə başlayıblar.



Bakıdakı 7 saylı orta məktəbin direktoru Süsən Rüstəmova deyir ki, indi məktəblilər arasında daha çox bir sözdən ibarət sadə adlar üstünlük təşkil edir. Mürəkkəb adlar isə getdikcə azalır. Onun fikrincə, bu yaxşı əlamətdir. Çünki qədim adlar uşaqlarda psixi gərginlik yaradır.



Amma onun dedikləriylə heç də hamı razı deyil. Həmsöhbətimiz olan müğənni Azərin də vaxtilə öz adını dəyişib. Şəxsiyyət vəsiqəsində adı Anaxanım olaraq qalır, amma səhnədə adı Azərindir. O, etiraf edir ki, adlar bəzən karyera üçün müəyyən problem yaradır.



«Mən 7 ilə qədər Türkiyədə işlədim. İlk illərdə adımın mənasını heç kəs başa düşmürdü, adımı səhnədə elan edəndə də görürdüm ki, bu, çətinlik yaradır».



Amma Azərinin fikrincə, valideyn övladının gələcəkdə hansı peşə sahibi olacağını, adın ona problem yarada biləcəyini əvvəlcədən görə bilməz. O düşünür ki, valideynin öz övladına ad qoyarkən adın köhnəliyini-təzəliyini nəzərə alması da lazım deyil.



«Əsas olan məsələ kiminsə adının Məmmədhəsən, yaxud Anaxanım olması deyil, əsas olan odur ki, insan özünə hörmət qazansın, ləyaqətlə yaşasın».



Milli Elmlər Akademiyasının dilçiliyin onomastika bölməsi üzrə mütəxəssisi, professor Qara Məşədiyev isə deyir ki, Azərbaycanda insan adları sahəsində baş verən dəyişikliklər ölkənin müstəqillik qazanması ilə bağlıdır. O deyir ki, tarixən Azərbaycanda güclü olan xarici dövlətlərin təsirləri getdikcə zəifləyir, istər ərəb-fars, istərsə də rus adlarının sayı azalır. Bunun əvəzində isə azərbaycanlıların öz köklərinə qayıdışı zəminində türk mənşəli adlar artmağa başlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG