Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53
Rubrikalar

Azərbaycan Qazaxıstana meyvə-tərəvəz göndərəcək


Səs: Real audio
Səkkizədək jurnalist prezident təqaüdünə təqdim olunacaq, 10 jurnalistə «Tərəqqi» Medalı veriləcək, 30-40 nəfərsə ya «Əməkdar Jurnalist», ya da «Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görüləcəklər - Azərbaycan Qazaxıstanın bir neçə bölgəsinə meyvə-tərəvəz göndərəcək. Almatı, Aktau, Uralsk və Aktyubinsk bölgələri ilə bağlanan sazişə görə, hər iki tərəf az müddətdə dəniz yolu ilə məhsulların daşınması haqqında təkliflər hazırlamalı və bu işlə məşğul olmaq istəyən müəssisələrə yardım göstərməlidir. Gələcək problemlərin həll olunması üçün isə ikitərəfli komissiya yaradılacaq.



- Milli Bank banklararası faiz dərəcəsini 8 faizə qədər artırdı. İyulun 1-nə kimi bu göstərici 7.5 faiz idi. Milli Bankın mətbuat xidmətindən verilən məlumata görə, bu addım inflyasiyanın qarşısının alınması məqsədilə edilib. Ekspertlərin fikrincə, uçot dərəcəsinin artırılması kommersiya kreditləri üzrə faizləri artıracaq.



- Digər bir məlumata görə, Milli Bank gələn ilin yanvarın 1-dən kommersiya banklarının nizamnamə kapitalını artırmaq tələbi irəli sürüb. 2006-cı ildə bütün bankların nizamnamə kapitalı 50 milyard manata çatdırılmalıdır. Bundan əlavə, mərkəzi bankın qərarına əsasən, 2006-2007-ci illərdə açılacaq yeni banklara nizamnamə kapitalı məsələsində heç bir güzəştlər edilməyəcək.



- Azərbaycan prezidenti isə büdcəyə əlavələr olunması haqqında sərəncam imzalayıb. Bütün xərc növləri üzrə artım nəzərdə tutulan sərəncama görə, bütün nazirliklər əlavə vəsait alacaqlar. Dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun bu ilin iyunun 20-də qəbul olunub.



- Dünya bazarlarında ABŞ dollarının bahalaşması Azərbaycandakı məzənnələrə də cüzi olsa da təsir edib. Milli Bankdan aldığımız məlumata görə, indi 1 dollar 4706 manat, 1 rubl 163 manat, 1 avro isə 5604 manatdır.
XS
SM
MD
LG