Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:25

Kimisi imtahanın gedişindən razı qaldı, kimisi narazı


Səs: Real audio
O, Namiq Feyziyevin ADPU-ya bərpası üçün universitet rəhbərliyinə müraciət edəcəyini bildirir Ötən həftənin şənbə günü magistratura pilləsinə qəbul imtahanı ilk dəfə olaraq test üsulu ilə keçirildi. İmtahan verən bakalavrlardan kimisi imtahanın gedişindən razı qaldı, kimisi də narazı. Elə bizim debatçılarımız İsmayıl NəsibovNadir Şükürov kimi.



İsmayıl Nəsibov: Artıq hamıya məlumdur ki, magistraturaya qəbul bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilib. Bu da öz növbəsində çox ürəkaçan göstəricidir. Çünki, əvvəlki illərə nəzər yetirdikdə görürük ki, bu və ya digər universitetin bakalavr pilləsini bitirmiş tələbənin magistraturada təhsilini davam etdirməsi üçün bal sistemində qiyməti ən azı 4 olmalı idi. Artıq bal sisteminin aradan götürülməsi respublika üzrə bütün bakalavrlara imkan yaradır ki, onlar öz təhsillərini davam etdirmək üçün maqistraturaya sənəd verə bilsinlər.



Nadir Şükürov: İmtahanlara 1 ay qalmış bunun tətbiq edilməsi heç də yaxşı hal deyil. Biz köhnə qayda ilə imtahan verməyə hazırlaşmışdıq. Birdən-birə bu addımın atılmasını ən azı Azərbaycan vətəndaşı kimi bizim haqlarımızın kobud şəkildə pozulması kimi qiymətləndirirəm.



İsmayıl Nəsibov: Öz biliyinə arxalanan bakalavr imtahana 1 ay və ya 20 gün qalmağından asılı olmayaraq imtahandan səlis çıxmalıdır.



Nadir Şükürov: Tələbələrə tapşırıqları yerinə yetirmək üçün ayrılan vaxt da çox azdır. 2 saatlıq imtahan müddətində 100 sualı cavablandırmaq iddiasında olan tələbənin istər-istəməz 1 dəqiqə 20 saniyə ərzində bir suala cavab vermək imkanı yoxdur. Tələbəyə ən azı 3 saat vaxt lazımdır ki, bu məsələləri həll etsin.



İsmayıl Nəsibov: Sən özünü abituriyentlərlə müqayisə etməlisən. Abituriyentlərə 3 saat vaxt verilir. Onlarda test üsulu ilə keçirilən imtahan birinci təcrübədir, bizdə isə artiq ikinci təcrübədir. Biz bu ikinci təcrübədən ürəkaçan nəticələrlə çıxmalıyıq.



Nadir Şükürov: Bütün bu neqativ hallara baxmayaraq, imtahan vermiş tələbələrə qələbə sevinci arzulayıram. Ümid edirəm ki, gələn il bu nöqsanlar aradan qaldırılacaq və TQDK öz işini daha obyektiv və düzgün istiqamətdə təşkil edərək bu neqativ halları yox edəcək.
XS
SM
MD
LG