Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:39

Ombudsman aclıq edən gənclərə baş çəkdi<p align=`left`><br><br>


Səs: Real audio
O, Namiq Feyziyevin ADPU-ya bərpası üçün universitet rəhbərliyinə müraciət edəcəyini bildirir Bir neçə gənclər təşkilatları fəallarının aclıq aksiyası davam edir. İyulun 5-də İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova aksiyaçılara baş çəkib. O, Namiq Feyziyevin ADPU-ya bərpası üçün universitet rəhbərliyinə müraciət edəcəyini bildirib. E.Süleymanova onları aclığı dayandırmağa çağırıb. Aksiyaçılarsa yalnız N.Feyziyev universitetə bərpa olunandan sonra aclığı dayandıracaqlarını deyirlər.



Aksiya iyulun 30-da başlayıb. Elnur Məmmədov və Yasin Behbudov səhhəti pisləşdiklərinə görə aksiyanı yarımçıq dayandırıblar.Hazırda aclığı Namiq Feyziyev, Zaur Həsənov və Ramin Tağıyev davam etdirir. Onlar «Yeni Fikir», «Məqam» və «Boz Qurd» gənclər təşkilatlarını təmsil edirlər.



Aksiya Namiq Feyziyevin Azərbaycan Dövlət Pedaqoji Universitetdən xaric edilməsinə etiraz əlaməti olaraq keçirilir. Namiq Feyziyev siyasi baxışlarına, universitet rəhbərliyi isə dərsə davamiyyəti pis olduğuna görə ADPU-dan uzaqlaşdırıldığını deyir.
XS
SM
MD
LG