Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:30

Liberal Partiyası da «Yeni Siyasət» blokunu tərk etdi


Səs: Real audio
O, müstəqil faəliyyət göstərəcəyini deyir Azərbaycan Liberal Partiyası «Yeni Siyasət» («YeS») seçki blokundan çıxmasına dair qərar qəbul edib. Bu, iyulun 5-də partiyanın İcraiyyə Komitəsinin (İK) iclasında qərara alınıb. Qərar Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva ilə həmrəylik nümayiş etdirmək məqsədilə qəbul edilib. Xanım Hacıyevanın «YeS»i tərk etməsini müzakirə edən İK üzvləri onun doğru addım atdığını bildiriblər.



Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət Hacıyeva iyulun 4-də «Yeni Siyasət» seçki blokunu tərk edib. Xanım Hacıyeva bu addımını «YeS»in təsisçiləri ilə fərqli mövqelərə sahib olması ilə izah edib.
XS
SM
MD
LG