Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

«Hökumət korrupsiyalaşmış avtokratiyanın möhkəmlənməsi ilə demokratik islahatlar arasında qalıb»


Səs: Real audio
O, müstəqil faəliyyət göstərəcəyini deyir Ənvər Qafarlı «525-ci qəzet»dəki «Diqtə demokratiya ilə bir araya sığmır» başlıqlı məqaləsində yazır ki, Azərbaycanda son bir neçə ildə demokratik cəmiyyətin qurulması istiqamətində ardıcıl iş aparılır. Məqalədə bildirilir ki, bu məqsədlə hökumət müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən AŞPA ilə əməkdaşlıq edir. Rəsmi Bakı hətta bu təşkilata üzv olarkən müəyyən öhdəliklər götürüb. Müəllifə görə, bu öhdəliklərdən ən vacibi siyasi məhbuslara dair öhdəlikdir. Məqalədə qeyd edilir ki, bu səbəbdən də bəzi beynəlxalq və yerli təşklilatlar, o cümlədən siyasətçilər siyasi məhbus məsələsindən xüsusi məqsədlərlə istifadə edirlər. Müəllif hesab edir ki, siyasi məhbus problemi hazırda AŞPA məruzəçiləri də başda olmaqla bir çoxlarının hökumətlə siyasi alver mənbəyinə çevrilib.



«Yeni Azərbaycan» qəzetindəki «İrandakı prezident seçkilərində ən çox azərbaycanlılar fəal olub» başlıqlı məqalədə Ağanisə yazır ki, bu seçkidən sonra İranın xarici dövlətlərdə olan diplomatik nümayəndəliklərinin Azərbaycan haqdakı fikirlərində müəyyən yumşalma hiss olunur. Buna misal olaraq müəllif İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin fikirlərini əsas gətirir. Yazır ki, səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib və bildirib ki, bu mövqe dəyişməz olaraq qalacaq.



«Azadlıq» qəzetindəki «Azərbaycan inqilab ərəfəsindədir» başlıqlı məqalədə bildirilir ki, hökumət korrupsiyalaşmış avtokratiyanın möhkəmlənməsi ilə demokratik islahatlar arasında qalıb. Yaranmış vəziyyət Ukraynada «məxməri inqilab» ərəfəsindəki durumla müqayisə edilir. Yazıda bildirilir ki, Ukraynada demokratiya tələbi seçkilər saxtalaşdırılandan sonra başladı. Məqalədə iddia edilir ki, iki il əvvəl Azərbaycanda bu proses prezident seçkisində baş verib. Qarşıdakı parlament seçkiləri də saxtakarlıqla keçirilsə inqilab qaçılmaz olacaq.
XS
SM
MD
LG