Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Yeni partiya və blokların arxasında nə durur?


Səs: Real audio
Qoran Lenmarker problemin həlli üçün «qızıl imkan» yarandığını deyir İyulun 4-də daha bir siyasi partiyanın – Demokratik İslahatlar partiyasının təsis konfransı keçirildi.



Yeni elan olunan partiyanın lideri Asim Mollazadə son vaxtlara qədər AXCP-də təmsil olunurdu. O, AXCP-nin seçki siyahısı əsasında deputat seçilib.



“Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Azər Rəşidoğlu deyir ki, seçki ərəfəsində yeni partiyaların və seçki bloklarının yaradılması ictimai rəyin çaşdırılmasına xidmət edir.



Yeni partiyada təmsil olunanların əksəriyyətinin hakimiyyət dairələrinə yaxın olduğunu deyən cənab Rəşidoğlu hesab edir ki, artıq “hakimiyyət mətbəxi”ndə yeni, konstruktiv müxalifət yaratmaq ssenarisi işə düşüb.



Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyli də seçki ərəfəsində yeni siyasi partiya və blokların yaranmasını təsadüfi saymır.



“Sözsüz ki, buna sıravi bir hadisə kimi baxmaq düzgün olmazdı. Bu partiyanın yaranmasının Azərbaycanda gedən seçki prosesinə birbaşa aidiyyəti var. Seçkilər ərəfəsində tektonik dəyişikliklər baş vermək üzrədir. Yəni, yenidən qruplaşmalar baş verir. Bu baxımdan da yeni bir partiya, bloklar, ictimai birliklər yaransa, bundan sonra da birbaşa seçklərlə əlaqəli olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG