Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Aclıq edən gənclərdən ikisinin səhhəti ağırlaşıb


Səs: Real audio
Qoran Lenmarker problemin həlli üçün «qızıl imkan» yarandığını deyir Aclıq aksiyası keçirən gənclərdən ikisi – Yasin Behbudov və Elnur Məmmədovun iyulun 4-də səhhəti ağırlaşdığından xəstəxanaya yerləşdiriliblər.



İyulun 1-dən başlayaraq bir neçə gənclər təşkilatının nümayəndələri «Yeni Fikir» gənclər təşkilatının üzvü Namiq Feyziyevin oxuduğu Pedoqoji Universitetdən xaric olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıblar.



Aclıq edən Ramin Tağıyevin sözlərinə görə, aksiya müddətsizdir: «Namiq Feyziyev universitetə bərpa olunanacan aksiya davam edəcək».



Namiq Feyziyev də aclıq edənlər arasındadır. O, siyasi baxışlarına görə universitetdən xaric olunduğunu söyləyir: «Müxalif baxışlarıma görə məni universitetdən çıxardılar. Guya dərsə davamiyyətim pis olduğuna görə xaric ediblər. Guya 80 saat dərs buraxmışam, ancaq 50 saatı süni şəkildə artırıblar. Dərslərə cavab verdiyim günləri də dərs buraxmağım kimi göstəriblər».



Pedoqoji Universitetin tədris işləri üzrə prorektoru Maarif Cəbrayılov isə N.Feyziyevin dərsə davamiyyəti aşağı olduğu üçün universitetdən xaric edildiyini, siyasi baxışlarının bu məsələdə rol oynamadığını bildirir: «Siyasi baxışların bura nə dəxli var. Səbəb ancaq davamiyyətdir, indi çoxları siyasi fəaliyyətlə məşğuldur, mitinqlərə də gedir. Kimlərsə bu məsələni siyasiləşdirmək istəyirlərsə, səhv edirlər».



Aksiyaya qoşulan «Yeni Fikir», «Yox», «Məqam», «Çağrı», «Dalğa» gənclər təşkilatları Namiq Feyziyevin universitetə bərpa olunmasıyla bağlı Gənclər, İdman və Turizm Nazirliyinə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.



Cənab Cəbrayılov isə deyir ki, N.Feyziyev bərpa üçün bir ildən sonra müraciət etməlidir: «Onun bir ildən sonra bərpa olunmaq hüququ var. Həmin vaxt rektora müraciət edəndən sonra işinə baxıla bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG