Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47
Rubrikalar

Azərbaycan voleybolçuları dünya çempionatına vəsiqə qazandı


Səs: Real audio
Qoran Lenmarker problemin həlli üçün «qızıl imkan» yarandığını deyir - Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası 2006-cı ildə Yaponiyada keçiriləcək dünya çempionatına vəsiqə qazandı.



Moskvada keçirilən dünya çempionatının 3-cü seçmə mərhələsində Azərbaycan yığması Bolqarıstan, Çexiya və Rusiya millilərinə qalib gələrək 11 illik fasilədən sonra dünya çempionatında oynamaq hüququ qazandı. Voleybol Federasiyasının əməkdaşı Zöhrab Gözəlbəyli:



«Azərbaycan yığması parlaq qələbə qazandı. Rusiya yığması həmişə bizim üçün sədd idi. Ancaq komandamız uğurla çıxış edib bu məşhur komandanı da məğlub etdi».



2006-cı ilin noyabrında Yaponiyada keçiriləcək dünya çempionatında 24 milli komanda iştirak edəcək. Azərbaycan yığması ilk dəfə 1994-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında çıxış etmişdi və həmin vaxt 12 komanda arasında 9-cu olmuşdu.



- Polşada şahmat üzrə kişilər arasında keçirilən Avropa çempionatında azərbaycanlı qrossmeyster, 18 yaşlı Teymur Rəcəbov ikinci yeri tutub. 13 turluq oyundan 9.5 xal toplayan Rəcəbov şahmat üzrə dünya çempionatına vəsiqə qazanıb.



- Kosika Karate-do üzrə Azərbaycan yığma komandası Tokioda keçirilən qaydasız Dünya Kuboku yarışında iştirak edib. Azərbaycan karateçiləri bir qızıl və iki gümüş medal qazanıb.



- İyulun 5-də Litvanın paytaxtı Vilnüsdə gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə dünya birinciliyinin startı veriləcək. Azərbaycanı hər iki komandanın tərkibində 8 idmançı təmsil edəcək. Turnir iyulun 10-da başa çatacaq.
XS
SM
MD
LG