Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43

ATƏT-də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq


Səs: Real audio
Qoran Lenmarker problemin həlli üçün «qızıl imkan» yarandığını deyir İyulun 5-də ATƏT Parlament Assambleyasının illik yığıncağı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Müzakirələrdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mən, qurumun hazırkı sədrinin təmsilçisi Anjey Kasprşik və Parlament Assambleyası sədrinin xüsusi nümayəndəsi Qoran Lenmarker çıxış edəcək. Müzakirələr qapalı olacaq.



İyulun 1-də isə ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker münaqişəyə dair məruzəsini təqdim edib. Cənab Lenmarker çıxışında deyib ki, indi münaqişənin həlli üçün «qızıl imkan» yaranıb, həm Azərbaycan, həm də Ermənistan problemdən qalib kimi çıxa bilər.



«Konfliktlərin Həlli Mərkəzi»nin rəhbəri Elxan Mehdiyev Q.Lenmarkerin dediklərinin reallığa uyğun gəlmədiyini bildirir: «Çünki Ermənistan əsas məsələdə, yəni Dağlıq Qarabağın Azərbaycanın suverenliyindən çıxarılmasında təkid edir».



Cənab Mehdiyev münaqişənin ATƏT-in Parlament Assambleyasında müzakirəsini əhəmiyyətsiz hesab edir. O, fikrini problemlə Minsk Qrupunun məşğul olması ilə əsaslandırır.



Qoran Lenmarker 2002-ci ildə ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi təyin olunub. O, bir neçə dəfə Ermənistan və Azərbaycana səfər edib, ictimaiyyət nümayəndələri, qaçqınlarla görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG