Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

Prezident parlament seçkisini noyabrın 6-a təyin etdi


Səs: Real audio
Kristofer Smit: «2003-cü il prezident seçkisi uğursuz olub və bu, təkrar olunmamalıdır» Milli Məclisə seçkilər bu il noyabrın 6-da keçiriləcək. Bu haqda iyulun 4-də prezident İlham Əliyevin imzaladığı sərəncamda bildirilir.



Beləliklə, seçki marafonuna start verildi. Artıq iyulun 5-dən seçkiyə qatılmaq istəyən, yaşı 25-dən yuxarı olan, ağır cinayətdə mühakimə olunmamış, fiziki və psixoloji imkanları məhdud olmayan şəxslər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edə bilərlər. Namizədlərin qeydə alınması səsverməyə 105 gün qalmış başlayıb, 70 gün qalmış başa çatacaq. Onların namizədliyini özləri və ya 50 nəfərdən az olmayan təşəbbüs qrupları irəli sürə bilərlər. MSK katibi Natiq Məmmədov belə deyir. Səsverməyə 60 gün qalmış isə qeydə alınmış namizədlər artıq təbliğat - təşviqat kampaniyasına başlayacaqlar. Bu proses səverməyə 24 saat qalmış dayandırılacaq.
XS
SM
MD
LG