Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:53
Rubrikalar

Ötən həftə Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun gözü ilə


Səs: Real audio
Kristofer Smit: «2003-cü il prezident seçkisi uğursuz olub və bu, təkrar olunmamalıdır» Ötən həftənin siyasi hadisələri sırasında ən çox qabarıq görünənlərdən biri “dəmir ledi”lərdən biri kimi Amerikanın həyatında rol oynamış Madlen Olbraytın Azərbaycana səfəri ilə bağlı informasiya oldu.



Bu səfərə müxtəlif önəm verən ekspertlərin ən çox qabartdığı məqam ondan ibarətdir ki, bu, Azərbaycanın Amerika üçün nə qədər önəm daşıdığı və gələcək siyasi proseslərin də bu cəhətdən Ağ Ev tərəfindən qiymətləndirildiyinin bir göstəricisi sayıla bilər.



Digər yadda qalan məqamlardan biri ölkə başçısının “CNN Türk” kanalına müsahibəsi oldu. Əlbəttə, ilk baxışda prezidentin kütləvi informasiya vasitələrinə fikirlərini bölüşməsi adi bir hadisə kimi dəyərləndirilə bilər. Lakin cənab prezidentlə keçirilən bu müsahibə son dərəcə aktual məsələləri əhatə etmişdi və xüsusilə də seçkilər, ölkənin idarəçiliyi, beynəlxalq əlaqələr sarıdan ən mühüm, istər siyasi dairələr, istərsə də ictimaiyyət üçün maraqlı olan məsələlərə aydınlıq gətirildi.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG