Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:42

Helsinki Komissiyası Bakını ədalətli seçkilər keçirməyə çağırır


Səs: Real audio
Kristofer Smit: «2003-cü il prezident seçkisi uğursuz olub və bu, təkrar olunmamalıdır» «2003-cü il prezident seçkisi uğursuz olub və bu, təkrar olunmamalıdır». Bunu Helsinki Komissiyasının (HK) həmsədri Kristofer Smit ATƏT-in Parlament Assambleyasının 14-cü illik toplantısında iştirak edən millət vəkili Səttar Səfərovun rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyəti ilə görüşündə söyləyib.



Cənab Smit noyabrda parlament seçkisinin azad və ədalətli keçirilməsinin zəruriliyindən danışıb. O, Milli Məclisin Venesiya Komissiyası və Avropa Şurasının əsas təkliflərinin əlavə olunmadığı Seçki Məcəlləsini qəbul etməsindən çox məyus olduğunu deyib. HK-nin həmsədri seçki komissiyalarının tərkibinin formalaşdırılması barədə təklifin rədd edilməsindən xüsusilə narahat olduğunu bildirib: «Həm Venesiya Komissiyası, həm də ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosu Azərbaycanda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını neçə il idi ki, məsləhət görürdülər».



K.Smitin sözlərinə görə, Azərbaycanda stabilliyin yeganə yolu demokratiyadır. «Buna da həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ədalətli adlandıra biləcəyi seçki ilə nail olmaq olar»- deyə, o, söyləyib.



Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası ABŞ-ın dövlət agentliyidir. Agentlik 1975-ci il «Helsinki razılaşması»nın şərtlərinin necə yerinə yetirilməsini izləyir.



HK-nin həmsədri Kristofer Smit ABŞ Nümayəndələr Palatasının 326-cı qətnaməsinin müəlliflərindən biridir. Məhz bu qətnamə Azərbaycan hökumətini noyabr seçkilərinin ədalətli, azad və sülh şəraitində keçirilməsini təmin etməyə, bütün müxalifət partiyalarının seçkidə bərabər şəkildə iştirakına imkan yaratmağa çağırır. Qətnamə ABŞ-ın müstəqillik bayramından sonra Konqresin Nümayəndələr Palatasında müzakirə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG