Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20

Son 10 ildə qaçqın və məcburi köçkünlərə ayrılan vəsait 90 dəfə artırılıb


Səs: Real audio
70-ə yaxın müxalifətçinin Sabirabad rayon Polis Şöbəsində saxlandığı bildirilir Avropa Şurası Parlament Assambleyası (AŞPA) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı radikal addımlar atmalıdır. Bunu iyulun 4-də baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Məsələləri üzrə Alt Komitəsinin Bakıda keçirilən iclasında bildirdi. Cənab Həsənovun sözlərinə görə, dünyada 17 milyon qaçqın var, onun bir milyonu Azərbaycandadır: «Azərbaycanın dünya qaçqınlarının altı faizini təşkil etməsi Dağlıq Qarabağ probleminin həllinin ölkə üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir». Komitə sədri onu da dedi ki, son on ildə qaçqın və məcburi köçkünlərə ayrılan xərclər doxsan dəfə artırılıb. «Təkcə 2004-cü ildə hökumət qaçqınlara 120 milyon, beynəlxalq humanitar təşkilatlar isə 36 miyon ABŞ dolları xərcləyib» - deyə, o, əlavə etdi.
XS
SM
MD
LG