Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:57

«Türkiyə bundan sonra Azərbaycanda demokratiyanı dəstəkləyən siyasi mesajlar verəcək»


Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» «Yeni Azərbaycan» qəzetindəki «Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin 3 milyard dollara çatmasını istəyir» başlıqlı məqalədə Elbrus Səfərli yazır ki, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ciddi müzakirələr aparılıb. Müəllif yazır ki, Azərbaycanla-Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsinə bu səfərin böyük təsiri olacaq. Məqalədə bildirilir ki, Bakı -Axalkalaki-Qars nəqliyyat dəhlizinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığa təsir edən amillərdəndir. Müəllif yazır ki, türk iş adamlarının Azərbaycanda tikinti sahəsindəki payı 11 faizi keçir. Məqalədə bildirilir ki, bu sahəyə türklər 360 milyon ABŞ dolları həcmində investisiya yatırıblar.



Ankarada səfərdə olan AXCP sədri Əli Kərimli «Ayna» qəzetinə müsahibəsindəTürkiyə-Azərbaycan münasibətlərinə toxunub. «Heç kim azərbaycanlıların əvəzinə Azərbaycanı demokratikləşdirməyəcək» - deyən cənab Kərimli Türkiyənin baş naziri Ərdoğanın Bakıya səfərində onun demokratiya çağırışları edəcəyinə dair söylənənlərə də münasibət bildirib. AXCP sədri deyir ki, Türkiyə baş nazirinin müavini Abdulla Güllə görüşdən sonra bu qərara gəlib ki, söylənənlər tam həqiqətdir. Əli Kərimli söyləyir ki, iki ölkə arasında münasibətlərin gərginləşməməsi xatirinə iqtidara kimin və nə cür gəldiyi məsələsinin önəmsiz olduğu fikri artıq dəyişib. Onun fikrincə, Türkiyə bundan sonra Azərbaycanda demokratiyanı dəstəkləyən siyasi mesajlar verəcək.



«Bakı-Xəbər» qəzetindəki «Zakir Qaralov yarımçıq işlərin məsuliyyətini beş müstəntiqin üstünə atır» başlıqlı məqalədə Muxtar Günaydın yazır ki, istintaqın kefiyyəti aşağı olduğuna görə cəza yalnız 11 nəfərə verilməməliydi. Müəllifə görə, ən böyük cəza baş prokurora və onun hazırda Ali Məhkəməyə sədrlik edən keçmiş müavini Ramiz Rzayevə verilməlidir.

M.Günaydın yazır ki, srağagün prokurorluqda keçirdiyi müşavirədə baş prokuror özünü dolaşdırıb. Belə ki, Z.Qaralov araşdırması düzgün aparılmayan işlər sırasında DİN-in şöbə rəisi Azər İsmayılovun itkin düşməsini qeyd edib. Amma bir müddət öncə cənab Qaralov bu işlə başğı Daxili İşlər naziri Ramil Usubova məktub göndərdiyini söyləyirdi. Onun keçmiş müavini Ramiz Rzayev isə postunu tərk etməmişdən Milli Təhlükəsizlik Nazirliyinə ətraflı məlumat göndəribmiş. Müəllif yazır ki, butün bu dolaşıq məqamlar prokurorluğun fəaliyyətində köklü yoxlamalar aparılmasına böyük ehtiyacdan xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG