Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:56

Gənclər təşkilatlarının üzvləri və bir qrup məhbus aclıq elan ediblər


Səs: Real audio
Robin Sivord: «Dəyişikliyin qəbulu üçün işimizi davam etdirəcəyik» Qobustan Qapalı Həbsxanasında ömürlük həbs cəzasına məhkum olunan bir neçə məhbus aclıq aksiyasına başlayıb. Onların əsas tələbi ömürlük həbsin 15 illik həbslə əvəzlənməsidir.



Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis əvəzi Nazim Ələkbərov aclıq edənlərin 2 nəfər olduğunu bildirir.



Qobustan həbsxanasına baş çəkmiş hüquq müdafiəçisi Eldar Zeynalov isə deyir ki, məhbuslar Konstitusiya Məhkəməsinə müraciətləri cavabsız qaldığına görə bu addımı atıblar. Onun sözlərinə görə, dustaqlar aksiyaya başlamağı iyunun 28-də qərara alıblar. Amma hazırda aclıq edənlərin sayı gözləniləndən azdır.



Ədliyyə Nazirliyindən aldığımız məlumata görə, dustaqların tələblərinin konkret nədən ibarət olduğu araşdırılır.



İyulun 1-i «Məqam», «Yox», «Yeni fikir», «Dalğa» və «Çağrı» gənclər təşkilatlarının bir neçə üzvü də aclıq elan edib. Buna səbəb «Yeni fikir» gənclər təşkilatının üzvü Namiq Feyziyevin təhsil aldığı Pedoqoji Universitetdən çıxarılmasıdır.



Namiq Feyziyev təhsil aldığı universitetdən siyasi baxışlarına görə çıxarıldığını deyir.



«Mən müxalifətin mitinqlərində fəal iştirak edirəm. Universitetdə biləndə ki, «Yeni fikir» təşkilatının üzvü və universitetdə koordinatoruyam, məni qovdular. Rəhbərliyə müraciət etsəm də, buna məhəl qoymadılar, ona görə aclıq aksiyasına başlamışam».



Dövlət Pedoqoji Universitetindən isə bildirdilər ki, Namiq Feyziyev universitetdən dərslərinə müntəzəm davam etmədiyinə görə xaric olunub.



Gənclər təşkilatları Namiq Feyziyevin universitetdən çıxarılmasına etirazla bağlı dövlət strukturlarına, xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara da müraciət ediblər. Aclıq aksiyasını isə Namiq Feyziyev universitetə bərpa olunanadək davam etdirəcəklərini bildirirlər.
XS
SM
MD
LG