Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

Bütün şagirdlər pulsuz dərsliklərlə təmin olunacaq<p align=`left`><br><br>


Səs: Real audio
Bunu "Aqo" Qrupunun rəhbəri Roland Veqner deyir Bu ildən orta məktəblərdə bütün şagirdlər pulsuz dərsliklərlə təmin olunacaq. Bunu təhsil naziri Misir Mərdanov deyir. Onun sözlərinə görə, sentyabra qədər 8 milyona yaxın dərslik məktəblərə çatdırılacaq. Nazir bunun yoxsulluğun azaldılmasına xidmət etdiyini vurğulayır.



Cənab Mərdanov deyir ki, dərsliklərdəki materiallar şagirdlərin gücünə uyğunlaşdırılacaq.



Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə orta məktəblərdə dərsliklərin pulsuz paylanması sahəsində cüzi problemlərin olduğunu bildirir. O, dərsliklərin keyfiyyətindəki qüsurların aradan qaldırılacağını gözlədiklərini deyir.



Məktəblərdə informasiya-kommunikasiya texnologiyaları üzrə kadrların hazırlanmasına bu il dövlət büdcəsindən 4 milyon ABŞ dolları ayrılıb. Bu vəsaitlə müəllimlərə treninqlər keçiriləcək.



Yeni dərs ilindən başlayaraq həmçinin 5 il ərzində ümumtəhsil məktəblərinin pedaqoji kadr təminatı üzrə inkişaf proqramı həyata keçiriləcək. Proqram üçün 600 min ABŞ dolları ayrılıb. 5 illik inkişaf proqramının maliyyə təminatı isə 5 milyon 400 min ABŞ dolları həcmindədir.
XS
SM
MD
LG